Qadin.NET / Windows Phone-da da İnstagram olacaq

Windows Phone-da da İnstagram olacaq

 

Instagram fotoxidməti Windows Phone əməliyyat sistemli smartfonlarda işləyəcək. Bu barədə oktyabrın 22-də Nokia World tədbiri zamanı Nokia şirkətinin direktoru Stiven İlop elan edib.Milli.Az ICTnews-a istinadən bildirir ki, Instagram tətbiqi yaxın həftələrdə Windows Phone üçün tətbiq mağazasında yerləşdiriləcək. Instagramın direktoru Kevin Sistrom, həmçinin bu faktı təsdiqləyib.Xatırladaq ki, Instagram fotoxidməti 2010-cu ildən fəaliyyət göstərir və auditoriyası 150 milyon istifadəçidən çoxdur. Xidmət ilk öncə fotoşəkillərin nəşr edilməsi üçün nəzərdə tutulub, lakin 2013-cü ilin yayından xidmətə videoçarxlar da yükləmək mümkündür.İlk vaxtlar Instagram yalnız iOS platformasında işləyib. 2012-ci ildə onun Android üçün tətbiqi çıxarıldıqdan sonra xidmətin auditoriyası xeyli artıb. Həmin il Facebook sosial şəbəkəsi 1 milyard dollarından keçərək Instagram fotoxidmətini satın alıb.
Mənbə: Milli.Az
24 oktyabr 2013
GO BACK