Frankfurtda təqdim olunmuş yeni nəsil kabriolet “Audi A3” şirkətin Macarıstandakı zavodunun konveyerinə çıxdı. Avtomobil sələfindən daha yüngül, böyük və qənaətcil oldu.Milli.Az Auto.az-a istinadən bildirir ki, yeni kabriolet “Audi A3”-ü 180 mm-ə qədər uzadıblar, lakin onu alçaq və enli ediblər. Üstü açılan variant parça dam alıb və o 18 saniyəyə yığılır (50 km/saat sürətdə etmək olar). “Audi”-də bildirirlər ki, yığılmış dam həcmi 287 litr olan baqajı kiçiltmir.Baza variantları qara rəngli parça dam alacaqlar, lakin opsional olaraq digər rənglər də sifariş etmək olar. Bundan əlavə opsiya kimi “Audi” həm də səsboğucu keyfiyyətə malik sakit yığıla bilən dam da təklif edəcək.Yeni kabriolet əvvəlki nəslə nisbətən 50 kq arıqlayıb. Lakin “Audi”-də banın daha bərk olduğunu bəyan edirlər. Mühərriklər qamması 1.4-litrlik 140 a.g. verən benzin turbo mühərrikdən başlayır.Daha sonra isə 1.8-litrlik 180 a.g. verən benzin və 2.0-litrlik 150 a.g. verən turbo dizel mühərrikləri gəlir. Bir qədər sonra isə 1.6-litrlik dizel (110 a.g.) və güclü S3 variantı üçün 2.0-litrlik 300 a.g.-lü benzin turbo mühərrik olacaq. 6-pilləli “S Tronic” sürət qutusu ilə birlikdə bu mühərrik kabrioleti ilk yüzlüyə 5.4 saniyəyə aparacaq.
Avropada yeniliyin satışı 2014-cü ilin yazında başlayacaq və artıq məlumdur ki, Almaniyada avtomobilin başlanğıc qiyməti 31700 avro olacaq.
Mənbə: Milli.Az