Google FlexyCore şirkətini satın alıb. Sonuncu Android əməliyyat sistemini optimallaşdırmağa icazə verən DroidBooster tətbiqinin yaradıcısıdır.Milli.Az ICTnews-a istinadən bildirir ki, informasiyaya əsasən, Google şirkəti bu satınalmaya 16,9 milyon avro ödəyib. Satınalma üçün hazırlıq hələ bir il əvvəldən başlanıb və saziş yalnız bu ayın əvvəlində bağlanıb. FlexyCore şirkətinin əməkdaşları Android mobil əməliyyat sisteminin üzərində işləyən komandaya qoşulub.DroidBooster tətbiqi artıq Play Store mağazasından silinib. Ehtimal ki, onun funksional imkanları Android əməliyyat sisteminin gələcək versiyalarından birinə inteqrasiya ediləcək.
Mənbə: Milli.Az