Kabriolet “Maserati GranCabrio MC” kimi möhtəşəm sportkarın tamamlanması ilk baxışdan tüner üçün adi görünür, lakin daha əsaslı yanaşma zamanı burada çoxlu suallar meydana çıxır.Milli.Az Auto.az-a istinadən bildirir ki, müxtəlif növ nəhəng asılqanlar avtomobilin zərif idman dizaynını korlaya, əlavə güc isə idarəetmədə problemlər yarada bilər. Sözügedən avtomobilin tamamlanması üçün ideal resepti amerikan atelyesi “Velos Designwerks” bilir və o artıq öz yeni layihəsini təqdim etdi.Əsas diqqət idman kabrioletinin eksteryerinin düzəldilməsinə ayrılıb. “Maserati GranCabrio MC”-nin göy banı karbon ban detalları ilə təzad yaradır. Bu detallara qabaq bamperin splitteri, arxa görünüş üçün yan güzgülərin korpusları, qapı tutacaqları və arxa bamperin diffuzoru daxildir.Təkər arkalarını qara rəngli “Velos Designwerks Solo L” diskləri ilə tamamlayıblar, onların qara milləri arasından isə əyləc sisteminin qırmızı supportları görünür. Qabaq oxun 21-düymlük disklərinə 255/30 ölçülü şinlər, arxa oxun 22-düymlük disklərinə isə 305/25 ölçülü şinlər “geyindirilib”.
Mənbə: Milli.Az