Qadin.NET / "Böyük oyunda" qaş partlatdılar

"Böyük oyunda" qaş partlatdılar

 

“Xəzər Lənkəran”la “Neftçi” arasında baş tutan Superkubok matçında “ağ-qaralar” ciddi itki ilə üzləşiblər. Apasport.az saytının məlumatına görə, bərabərlik qolunun müəllifi Karlos Kardoso zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb. Mbilla Etame ilə mübarizədə xəsarət alan braziliyalını hollandiyalı Melvin Platye əvəzləyib. Qaşı partlayan Kardosoda beyin silkələnməsi olduğu bildirilir. Qeyd edək ki, 18 illik fasilədən sonra baş tutan Azərbaycan Superkubokunda “Xəzər Lənkəran” azlıqda qaldığı görüşdə qələbə topunu vuraraq “Neftçi”ni məğlub edib. 

 

 

Mənbə: Milli.Az

23 oktyabr 2013
GO BACK