Qadin.NET / Saakaşvili Marneulidə yaşayan azərbaycanlıları düzgün seçim etməyə çağırıb

Saakaşvili Marneulidə yaşayan azərbaycanlıları düzgün seçim etməyə çağırıb

 

Gürcüstan Prezidenti Mixail Saakaşvili etnik azərbaycanlıların məskunlaşdığı Marneuli rayonunun Algeti kəndinin sakinləri qarşısında çıxış edib. Trend-in məlumatına görə, dövlət başçısını Kvemo Kartli qubernatoruDavid Kirkitadze və parlamentdə Milli Hərəkatdan olan majoritar deputatAzər Süleymanov müşayiət ediblər.M.Saakaşvili Marneuli rayonunun sakinlərini oktyabrın 27-də keçiriləcək prezident seçkilərində düzgün seçim etməyə çağırıb.Prezident sakinlərə Milli Hərəkatın qazandığı uğurları xatırladıb: "Biz Gürcüstanda vətəndaş barışığına nail olduq. Heç kəs sizin cəmiyyətin tam üzvü olmadığınızı deyə bilməz. Mən demişəm ki, Gürcüstan Prezidentiyəm, bütün gürcülərin və müxtəlif etnik mənsubiyyətli insanların, o cümlədən hər bir azərbaycanlının prezidentiyəm. Fəxr edirəm ki, gənclərimizin yaxşı təhsil alması və yolda sizi saxlayıb rüşvət almamaları üçün hər şey etmişəm".Prezidentin sözlərinə görə, əsas odur ki, heç kəs ən vacib uğurlara - sülh və inkişafa əl uzatmasın: "Fəxr edirəm ki, mənim və Prezident İlham Əliyevin sayəsində bu gün Gürcüstan və Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir"

 

 

Mənbə: Milli.Az

23 oktyabr 2013
GO BACK