Qadin.NET / Sızanaqlı qız üzünü belə bəzədi

Sızanaqlı qız üzünü belə bəzədi

 

 Kanadanın Ontario vilayətindəki Toronto şəhərində yaşayan Eleyn Mokkakne, yəni sızanaq bəlasından əziyyət çəkir.

Onun üzündəki akne ləkələri xəstəliyin çox ağır formada olduğunu göstərir. Lakin 18 yaşlı Eleyn ruhdan düşməyib.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o, xəstəliyinə mütləq qalib gələcəyinə inanır və bu səbəbdən də sızanaqlarına, irinləmiş aknelərinə rəğmən gözəl görünməyə çalışır.Onun sızanaqlı üzünü kosmetik vasitələrlə "normal" hala saldığını anların əks olunduğu video internetdə ən çox baxılan videolardan birinə çevrilib.Həmin videoya indiyədək 6 milyondan çox insan baxıb."Həkimlərin dediklərinə görə, kistoz aknesinin ağır formasına tutulmuşam. Üzümdə sızanaqlar, ləkələr, çapıqlar var. Onları ört-basdır etmək üçün kosmetik vasitələrdən yararlanıram. Ağır, üzücü xəstəlikdir. Amma geri çəkilmək, bədbinləşmək niyyətində deyiləm", - Eley Mokk deyib.Ekspertlər bu videonu "sızanaqlı qızın gözəllik rekordu vurması" adlandırırlar.
23 oktyabr 2013
GO BACK