Qadin.NET / Rusiyada Federal Miqrasiya Xidməti İdarəsinin yeddi regional rəhbəri vəzifəsindən azad edilib

Rusiyada Federal Miqrasiya Xidməti İdarəsinin yeddi regional rəhbəri vəzifəsindən azad edilib

 

 

Trend-in çərşənbə günü İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin RomodanovskiDövlət Dumasında deyib:"Biz Biryulevoda baş verənlərə görə məsuliyyəti üzərimizdən atmırıq. Biryulevoda baş verən faciədən sonra Cənub dairəsində FMX-nin şöbə müdiri müavini ilə birlikdə, həmçinin Qərbi Biryulevoa rayonu üzrə şöbə müdiri vəzifəsindən azad edilib".K.Romodanovski qeyd edib ki, FMX öz işinin öhdəsindən gəlməyənləri vəzifəsindən kənarlaşdırır: "İlin əvvəlindən Federal Miqrasiya Xidməti İdarəsinin yeddi regional rəhbəri vəzifəsindən azad edilib. Daha ikisi isə necə deyərlər "çıxışdadır". Bu sərt tədbirlər Biryulevoda baş verənlərə bənzər hadisələrin olmaması üçün atılır".

Mənbə: Milli.Az

23 oktyabr 2013
GO BACK