Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yeni təyinat almış nazirlərdən biri Səlim Müslümovdur. Ölkə başçısı onu Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsindən çıxarıb, əmək və əhalinin sosial müdafiəsi naziri təyin etdi.Milli.Az Modern.az-a istinadən bildirir ki, yeni əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həmişə mediaya açıq olduğunu vurğulayaraq hazırda gərgin iş rejimində çalışdığını bildirib. Bir-birinin ardınca təbrik zəngləri aldığını deyən S.Müslümov bu gün ərzində geniş açıqlama verə, danışa bilməyəcəyini söyləyib.“Çox üzr istəyirəm. Amma bu gün danışa bilməyəcəyəm. Gərgin iş rejimində çalışıram. Yanımda da çoxlu adam var”, - deyə Səlim Müslümov bildirib.
Mənbə: Milli.Az