Qadin.NET / Yeni nazir Zakir Həsənov Müdafiə Nazirliyində təqdim olundu

Yeni nazir Zakir Həsənov Müdafiə Nazirliyində təqdim olundu

 

Yeni müdafiə naziri Zakir Həsənov oktyabrın 23-də Müdafiə Nazirliyinin kollektivinə və ordu rəhbərliyinə təqdim olunub.Milli.Az Mediaforum-a istinadən bildirir ki, Müdafiə Nazirliyində keçirilən mərasimdə yeni müdafiə naziri Zakir Həsənov, keçmiş müdafiə naziri Səfər Əbiyev, Prezident Administrasiyası rəhbərinin müavini Vahid Əliyev, qoşun komandanları, korpus komandirləri iştirak ediblər.Yeni nazir Zakir Həsənovu Müdafiə Nazirliyinin kollektivinə general Vahid Əliyev təqdim edib. O, yeni nazirin təyin olunması haqda prezident İlham Əliyevin sərəncamını oxuyub, Zakir Həsənova uğurlar arzulayıb.Vahid Əliyev prezident, ali baş komandan İlham Əliyevin adından vəzifədə olduğu müddətdə gördüyü işlərə və vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə görə Səfər Əbiyevə təşəkkür edib.Mərasimdə Zakir Həsənov və Səfər Əbiyev çıxış ediblər. Səfər Əbiyev Zakir Həsənova uğurlar arzulayıb.

 

Mənbə: Milli.Az
23 oktyabr 2013
GO BACK