ABŞ-ın Arizona ştatındakı "World View Enterprises" şirkəti 30 km yüksəkliyə turistləri yollamaq niyətindədir. Aerostat turistləri 90 dəqiqə ərzində bu yüksəkliyə qaldıracaq və onlar fəzada təxminən 2 saat qalacaqlar.Uçuş üçün 75 min dollar ödəyəcək turist lüks aerostat kabinəsindəki rahatlıqlardan faydalanacaq. Kabinədə hətta bar da var.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, uçuşlara ABŞ-ın Federal Mülki Aviasiya Xidməti icazə verib.Arizonadakı Tuson şəhərində yerləşən "World View Enterprises" şirkətinin baş direktoru Ceyn Poynterin dediyinə görə, toplam olaraq 4 saat davam edəcək uçuş turistlərə unudulmuz təəssüratlar bəxş edəcək."Aerostatla ilk kommersiya reysini 2016-cı ildə gerçəkləşdirmək niyyətimiz var. Uçuş sınaqları isə bir müddət sonra başlanacaq. Layihənin uğurla reallaşacağına əsla şübhə etmirəm", - Poynter deyib.Onun sözlərinə görə, NASA indiyədək dəfələrlə aerostatları stratosferə çıxarıb və burada heç bir problem yoxdur."World View Enterprises" şirkətinin aerostatında uçuş "Red Bull"un sponsorluğu ilə layihəsini reallaşdıraraq stratosferdən Yerə atılmış Feliks Baumqartnerin uçuşunu da kölgədə qoya bilər.Aerostatın ilkin layihəsində kapsulda 2 pilot və 6 sərnişin üçün yer nəzərdə tutulub.Aerostat 30 km yüksəkliyə 90 dəqiqə ərzində qalxacaq, orada 2 saat qalacaq, sonra 40 dəqiqə ərzində yerə enəcək.Milyarder Riçard Brensonun "Virgin Galactic" şirkəti də "Space Ship 2" kosmosa kommersiya uçuşları təklif edir.
Mənbə: Milli.Az