Qadin.NET / İnternet xidməti ilə bağlı yeni qaydalar hazırlanır

İnternet xidməti ilə bağlı yeni qaydalar hazırlanır

 

 

Azərbaycanda internet istifadəçilərinin sayı  artmaqdadır. Bu barədə Lent.Az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib. Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya texnologiyaları 2013” hesabatına əsasən, ölkəmiz internet istifadəçilərinin say göstəricisinə görə MDB və Orta Asiya ölkələri arasında liderliyini saxlayaraq, eyni zamanda 144 ölkə arasında internetin əlçatanlığı göstəricisinə görə 20-ci yerdə qərarlaşıb.İnternet istifadəçilərinin sayının artımı telekommunikasiya sahəsində sağlam rəqabət mühiti və antiinhisar fəaliyyətinin tənzimlənməsi, telekommunikasiya xidməti bazarına bərabərhüquqlu daxilolmanı, eyni zamanda internet istifadəçilərinə yüksək keyfiyyətli xidmətlərin göstərilməsini və bu sahədə hüquqlarının təmin edilməsi kimi aktual məsələləri gündəmə gətirir.Bu zərurəti əsas götürərək, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “İdarəetmə Sistemi vasitəsilə genişzolaqlı internet xidmətinin təşkili və daşınması Qaydaları” hazırlanıb.Qabaqcıl texnologiyaları tətbiq etməklə müraciət edənlərin provayderin genişzolaqlı internet xidmətlərinə qoşulması və imtinası, həmçinin internet xidmətləri göstərən provayderin dəyişdirilməsi ilə bağlı müraciətləri qısa vaxt ərzində təmin etmək üçün lazımi prosedurları müəyyənləşdirən qaydaları ictimai müzakirəyə təqdim edilir.

Mənbə: Lent.Az

23 oktyabr 2013
GO BACK