Misirin paytaxtı Qahirənin cənub-qərbindəki Giza şəhərində V Fironun dövründə yaşadığı güman edilən bir saray həkiminə aid məzarlıq tapılıb. Bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir.Tarixi abidələr naziri Məhəmməd İbrahim bildirib ki, çexiyalı mütəxəssislərlə birgə aparılan arxeoloji qazıntılar nəticəsində Gizada Cubanə Əbu Seyr adlı ərazidə eramızdan əvvəl 2498 və 2345-ci illər arasında Misirə başçılıq edən V Fironun dövründə yaşayan saray təbiblərindən Hbsskaf Ankha aid olduğu ehtimal edilən məzarlıq tapılıb.Məzarlığın uzunluğu 21, eni 14, hündürlüyü isə 4 metrdi.
Mənbə: Trend.Az