Qadin.NET / Azərbaycanda yaşamaq üçün nə qədər ödəməlisən?

Azərbaycanda yaşamaq üçün nə qədər ödəməlisən?

 

Azərbaycanda yaşayan miqrantlar problemləri ilə bağlı Milli.Az-a məktub yazıblar. Oxucu bilmək istəyir ki, Azərbaycana gələn başqa ölkə vətəndaşı bir illik qeydiyyat üçün nə qədər rüsum ödəməlidir. Dövlət Miqrasiya Xidmətindən Milli.Az-a bildirildi ki, bu barədə məlumatlar xidmətin rəsmi internet səhifəsində yerləşdirilib. Qurumun saytına istinadən məlumat veririk ki, Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə 3 ayadək 30 manat, 6 ayadək 60 manat, 1 ilədək 120 manat, tələbələr (bakalavr, interna) üçün illik 40 manatdır. Ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə 1 ayadək 30 manat, 1 aydan 2 ayadək 60 manat, 2 aydan 3 ayadək 90 manat, Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə 3 ayadək 30 manat, 6 ayadək 60 manat, 1 ilədək 120 manat, tələbələr (bakalavr, interna) üçün illik 40 manat dövlət rüsümu ödənilir. Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazənin alınmasına və müddətinin uzadılmasına görə 1000 manat, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə 10 manat, daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə 300 manat dövlət rüsumu ödəmək lazımdır. Onu da əlavə edək ki, ölkəyə gələn əcnəbi vətəndaş Daxili İşlər Nazirliyinin miqrasiya İdarəsində 3 gün ərzində rüsum ödəmədən qeydiyyatdan keçməlidir. 

Mənbə: Milli.Az

23 oktyabr 2013
GO BACK