Almaniyanın “Lorinser” atelyesi ban asılqanını avtomobilə çox gözəl uyğunlaşdıran dünyada ən hörmətli tüninq ofisidir. Lakin bu dəfə onlar gözəllik hissindən uzaq durdular. Atelye bu il debüt edəcək yeni nəsil “Mercedes-Benz S-Class” üçün tüninq hazırlayan ilk şirkətlərdən biri oldu və bu gün təklif olunan üslub ən mübahisəli, hətta demək olar ki, ən qorxunc üslubdur. Arxa planda biz “Mersedeslərin” flaqmanı bazasında “Lorinser” layihəsinin əvvəlki şəkillərini görürük.Milli.Az Auto.az-a istinadən bildirir ki, hələlik bizə gələcək tamamlama dəstinin kompüter eskizləri göstərilir, lakin belə görünür ki, bu layihənin həyata keçməsinə elə də çox vaxt qalmayıb. Nəhəng hava çıxıntıları və qəribə plastik bamperlər sayəsində “Mercedes-Benz S-Class” sanki əyri güzgüdə əks olunan görünüş yaradır. Əvvəlki illərdə “Lorinser” mütəxəssisləri müştərilərə seriyalı avtomobillərdən az fərqlənməyi təklif edirdilərsə, indi xarici görünüş həddindən artıq dəyişib.Şirkət nümayəndələri avtomobilin gücünün artırılması barədə fikirlərini gizlətmirlər və interyerin dəyişilməsində də ciddi dəyişikliklər gözlənilir. “Mersedeslərin” tamamlanmasında bütün mütəxəssislərin əsas rəqibi olan “Brabus” şirkəti isə 585-güclü “Mercedes-Benz S 63 AMG”-ni götürərək onu 720 a.g.-ə qədər gücləndirdilər.