Qadin.NET / Wikipedia 250 redaktorla vidalaşdı

Wikipedia 250 redaktorla vidalaşdı

 

Wikipedia onlayn ensiklopediyası bu gün yüzlərlə redaktorunun hesabının bağlanması haqqında məlumat verib. Araşdırma nəticəsində məlum olub ki, onların bir çoxu təşkilat və ya onların məhsullarının irəliləyişi ilə məşğul olub. Məlumata əsasən, 250 redaktorun hesabı bağlanılıb. Onlar populyar şəbəkə resursunun səhifələrində məhsullar və ya şirkətlər haqqında tərifləyici məqalələrin yerləşdirilməsinə görə pul alıblar.Milli.Az ICTnews-a istinadən bildirir ki, ensiklopediyanı idarə edən Wikimedia şirkətindən bildirilib ki, onların resursu ödənişsiz, müstəqil və qeyri-kommersiya yönümlüdür, ona görə də istənilən gizli və ya ictimai reklam irəliləyişi qadağandır. Wikimedia Foundation fondunun baş direktoru Syu Qardner yazıb ki, redaktorların fəaliyyəti ensiklopediyanın qaydalarına tamamilə ziddir.Wikipedia onlayn ensiklopediyasının iş qaydalarına əsasən, istənilən müstəqil şəxs Wikimedia fonduna müvafiq müraciət edərək sözügedən resursun redaktoru ola bilər. Onlar hansısa kommersiya şirkətini təmsil edə və brendin irəliləyişi ilə məşğul ola bilməzlər.Qardner deyib ki, redaktorların kommersiya fəaliyyəti "Wikipedia resursunun əsas qaydalarına ziddir, buna görə də ensiklopediyanın operatoru bu cür hallarla qətiyyətlə mübarizə aparacaq.

 

Mənbə: Milli.Az
22 oktyabr 2013
GO BACK