Qadin.NET / Azərbaycan idmançıları erməniləri peşman etdilər

Azərbaycan idmançıları erməniləri peşman etdilər

 

 

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Gürcüstanın Poti şəhərində Karate və MMA (qaydasız döyüş) üzrə beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycan, Ermənistan və Gürcüstandan 200-dən çox idmançı iştirak edib. Azərbaycanı mötəbər yarışda Şəki idmançıları təmsil edib. Komandamız turnirə 14 idmançı və 1 məşqçi ilə qatılıb. Şəki idmançıları karate yarışlarında 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.MMA-da isə idmançılarımız 2 qızıl ,1 gümüş və 1 bürünc medal əldə ediblər. Belə ki, Rəşid Abdullayev 12-13 yaşlı idmançılar arasında karatedə finalda erməni idmançısını udaraq birinci yerə layiq görülüb. Nəriman İbrahimov isə həm yarımfinalda, həm də finalda erməni idmançısına yerini göstərib. Elnur Mahmudov da MMA-da qızıl medal qazanıb. Faiq Bayramov karate yarışlarında erməni idmançısına qalib gələrək bürünc medalı boyunundan asıb. Həmçinin Sabir Mustafazadə və Rafiq İsmayılov da karate yarışlarında 3-cü nəticə göstəriblər. MMA-da isə Nicat Səlimov bürünc,Sənan Məhərrəmov isə gcümüş medal qazanıb.

Mənbə: Milli.Az

22 oktyabr 2013
GO BACK