Qadin.NET / Gəncədə reyd keçirilib

Gəncədə reyd keçirilib

 

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhərin küçə və prospektlərində növbəti reydini keçirib. Reydin əsas məqsədi isə yol hərəkəti qaydalarını kobud sürətdə pozan intizamsız sürücüləri cəzalandırmaq olub.Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncənin yollarında tıxacın yaranmasının başlıca səbəblərindən biri də sürücülərin avtomobillərini yol kənarlarında harda gəldi park etməsidir. Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdiyi reyd bunu deməyə əsasverir. Şəhərin Heydər Əliyev və Nizami prospektlərində, eləcə də Mirzə Abbas Abbaszadə küçəsində keçirilən reyd zamanı işıqforun yaxınlığında, eləcə də yol kəsişmələrində avtomobillərini saxlayan, həmçinin qadağan edilmiş yerlərdə taksi fəaliyyəti ilə məşğul olan sürücülər məsuliyyətə cəlb olunub. Reydin gedişi zamanı qanun pozan bəzi sürücülər polisə qarşı çıxaraq hətta sənədlərini verməkdən belə imtina ediblər.Keçirilən reyd zamanı avtomobilin konstruksiyalarında dəyişiklik edən, səsgücləndirici siqnallardan istifadə edərək şəhər sakinlərinin haqlı narazılığına səbəb olan avtoxuliqanlar da aşkar edilərək avtomobilləri cərimə meydançasına aparılıb.Gəncə şəhər DYP Şöbəsinin əməkdaşı İldırım Alıyev: “Sürücülərə qayda pozuntuları izah olunanda əksər sürücülər razılaşmırlar. Bizim reydimizin əsas məqsdi həm də odur ki, işıqforların altında, qadağanedici yol nişanlarının təchiz zonasında dayanan maşınlara qarşı tədbir görürük ki, bir də sürücülər bu kimi hərkətləri təkrar etməsinlər”.Yol polisinin yoxlaması zamanı ictimai nəqliyyat vasitələrini idarə edən intizamsız sürücülər də saxlanılıb. Belə ki, sükan arxasında telefonla danışan, siqaret çəkən, nəqliyat vasitələrini dayanacaqdan kənar saxlayan, eləcə də sərnişinlərin həyatını riskə ataraq yollarda sürət həddini aşan sürücülər cərimələniblər.Gəncə şəhər DYP Şöbəsinin əməkdaşı İldırım Alıyev: “Sərnişin daşıyan avtobuslar bəzi hallarda yolun hərkət zolağında dayanaraq sərnişinləri mindirir və ya düşürdür. Dayanacaqlarda saxlamalı olduqları halda harda gəldi dayanırlar. Bunula bağlı da tədbirləimiz davam etdirilir. Belə qayda pozan sürücülərə qarşı barələrində inzibatı protokollar tərtib edilir”.Xatırladaq ki, Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin keçirdiyi reyd axşam saatlarına qədər davam edib.

 

 

Mənbə: Milli.Az

17 oktyabr 2013
GO BACK