Qadin.NET / Erməni yazar öldürülən azərbaycanlının müdafiəsinə qalxdı

Erməni yazar öldürülən azərbaycanlının müdafiəsinə qalxdı

 

"Bəs niyə onun qatilini tapmağı tələb etmirlər? Çünki rus deyil?”

Moskvada azərbaycanlı Orxan Zeynalovun törətdiyi qətldən sonra baş verənlər və miqrantlara qarşı hücumlar erməni mətbuatında da müzakirə olunur.Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, Panarmenian.net saytı Rusiyada baş verənləri uzun müddətdən bəri rusların qeyri-ruslara bəslədikləri nifrətin öz apogeyinə çatması kimi dəyərləndirib. Saytda yer alan məqalədə deyilir ki, Rusiyanın bəlası miqrant problemi deyil, yuxarılardan qidalandırılan faşizmdir.Məqalə müəllifi Marina Ananikyan yazır: "Son onillikdə ksenofobiya Rusiyada çiçəkləndi: skinhedlər, millətçilər, neonasistlər və digər bu kimilər qeyri-slavyanları döydülər, şikəst etdilər, öldürdülər. Sonra onları görüntü xatirinə mühakimə etdilər, sonra hər şey yenə təkrarlandı”.Müəllif yazır ki, bütün bunlar nə vaxtsa partlayacaq barıt çəlləyini xatırladırdı. Və çəllək partladı."Detonator rolunu isə özgə, miqrant, azərbaycanlı tərəfindən törədilmiş qətl oynadı. Lakin bu qətl rusların xaricilərə qarşı nifrətinin yeni güclü dalğasını başlatdı. Daha betəri budur ki, bu dalğa daha uzağa getdi - küçəyə çıxıb "qaraları” döyməyənlər Dövlət Dumasında monitorun arxasında oturub bu hücumları qızışdırmaqla məşğul oldular”, - deyə M.Ananikyan yazır.Erməni müəllifin fikrincə, rəsmilərin Moskvanın Biryulevo rayonunda küçələrə çıxanların sadəcə olaraq qatilin tapılmasını tələb etdiklərini, miqrantlara qarşı olmadıqlarını demələri inandırıcı deyil: "Doğrudanmı belədir? Bəs onda niyə heç kim bu iğtişaşlardan dərhal sonra öldürülmüş Özbəkistan vətəndaşının, bu gün qətlə yetirilmiş Azərbaycan vətəndaşının qatilini tapmağı tələb etmir? Yaxud may ayındakı davada güllələnmiş azərbaycanlının? Cavab aydındır. Ona görə ki, onlar sadəcə olaraq rus deyil. Bu cür misallardan nə qədər istəsən, göstərmək olar”.P.S. Onu da qeyd edək ki, bir neçə ay öncə idarə etdiyi yük maşınıyla qəza törədərək 5 rusun həyatına son qoymuş erməni sürücünün məhkəməyə qadın xalatı geydirilərək gətirilməsi Azərbaycanda da xoş qarşılanmamışdı. Bunun da ksenofobiya əlaməti olduğu qeyd olunurdu.

Mənbə: Milli.Az
17 oktyabr 2013
GO BACK