Qadin.NET / Çingiz Abdullayev də Biryulevo hadisələrindən danışdı: "Axı biz insanıq"

Çingiz Abdullayev də Biryulevo hadisələrindən danışdı: "Axı biz insanıq"

 

 

"Qərbi Biryulevoda baş verənlər faciədir, ancaq bu faciəni millətlərarası münaqişəyə çevirmək olmaz". Milli.Az xəbər verir ki, bu sözləri Novosti.az saytına Azərbaycan Yazıçılar İttifaqının katibi Çingiz Abdullayev bildirir. Tanınmış yazıçı hesab edir ki, tərəflər heç bir halda bir-birlərini ittiham etməməlidirlər. "İndi cinayət törətmiş şəxsin həmin hərəkəti etnik zəmində etdiyini iddia etmək dəb halını alıb. Bu məqsədli qətl və ya təxribat ola bilər. Bu, əlbəttə ki, ölən adamın qohumlarının iztirabını artırır", - o əlavə edib. Yazıçı deyib ki, hər kəs sakitləşməli və dərindən düşünməlidir. "Bir nəfərin cinayətinə görə, bir xalq haqqında fikir yürütmək həm doğru deyil, həm də təhlükəlidir. İnsanlar yaxşı da olurlar, pis də olurlar", - Ç.Abdullayev vurğulayıb. Onun sözlərinə görə, oxşar cinayətlər təkcə Rusiyada olmur. Misal üçün, Pakistanda da olur ki, ağ adamı öldürürlər və hadisə birmənalı qarşılanmır, ancaq münaqişə də qızışmır. "Qloballaşma dövründə dünya subyektlərdən daha az asılı olur, hər şey dəyişir. Amma hər şeydən əvvəl bir-birimizi başa düşməyimiz gərək. Axı biz insanıq", - yazıçı deyib. 

 

Mənbə: Mili.Az

17 oktyabr 2013
GO BACK