
Müqəddəs Qurban bayramı münasibəti ilə Pirşağı qəsəbəsinin Qızılqum sanatoriyasında Xocalıdan olan məcburi köçkünlərə "Xocalıya ədalət" kampaniyası və Türkiyənin Azərbaycandakı Dəyanət Müşavirliyinin birgə təşkilatçılığı ilə yüzdən çox ailəyə qurban əti paylanılıb.Trend-in məlumatına görə, bu barədə İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzindən (İKGF ARM) bildirilib.İKGF ARM-nin ofisindən bildirilib: "Bu cür aksiyaların təşkilində əsas məqsəd imkansız ailələrə yardım və dəstək göstərilməsi kimi Azərbaycanda əvvəllər daima mövcud olmuş xeyriyyə ənənələrinin dirçəldilməsi, islam dininin insansevərlik missiyasını praktik ənənəyə çevirmək təşəbbüsü olub".Eyni zamanda qeyd etmək lazımdır ki, artıq 3-cü ildir İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə Ramazan ayı və Qurban bayramlarında bu tipli xeyriyyə aksiyalari təşkil olunur.
Mənbə: Mili.Az