Qadin.NET / Kiyevdə "Azərbaycan gecəsi" keçirilib

Kiyevdə "Azərbaycan gecəsi" keçirilib

 

 

Kiyev şəhərində Ümumdünya Skaut Hərəkatı Təşkilatının Avrasiya Skaut Regionunun 2-ci Regional Skaut Gənclər Forumu və 5-ci Regional Skaut Konfransı çərçivəsində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Azərbaycan Skautlar Assosiasiyasının birgə təşkilatçılığı ilə "Azərbaycan gecəsi" keçirilib. Ukrayna Azərbaycanlı Gənclər Birliyindən Trend-ə verilən məlumata əsasən, 35 ölkədən 200-dən çox gənc skautun qatıldığı forum və konfransda "Azərbaycan gecəsi" tədbiri beynəlxalq tədbirə qatılanlar tərəfindən böyük maraqla qarşılanıb.Məlumata əsasən, "Azərbaycan gecəsi"ndə qədim və müasir Azərbaycan mədəniyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib, Azərbaycan Skautlar Assosiasiyasının sədri İlyas İsmayıllı və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək Azərbaycanın dünya birliyinə təkcə sosial-iqtisadi, elmi-mədəni inkişafı ilə deyil, sağlam düşüncəyə malik olan vətəndaş cəmiyyəti və intellektual gəncliyi ilə inteqrasiya olunması haqqında ətraflı məlumat veriblər. Sonra "Azərbaycan gecəsi"nə qatılan forum və konfrans iştirakçıları Azərbaycanın milli yeməklərinə qonaq ediliblər, qədim və zəngin musiqi və rəqs nomrələri nümayiş etdirilib.Eyni zamanda Azərbaycan Skautlar Assosiasiyasının 41-ci Ümumdünya Skaut Konfransı və 13-cü Ümumdünya Skaut Gənclər Forumuna 2017-ci ildə ev sahibliyi etmək məqsədilə Azərbaycanın namizədliyini irəli sürülməsi barədə ətraflı müzakirələr aparılıb.

 

Mənbə: Milli.Az

17 oktyabr 2013
GO BACK