Qadin.NET / Bakının mərkəzində ikimərtəbəli yeraltı avtomobil dayanacağı

Bakının mərkəzində ikimərtəbəli yeraltı avtomobil dayanacağı

 

 

Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağı istifadəyə verilib.Trend oxucularına yeraltı avtomobil dayanacağından görüntülər təqdim edir.Yeraltı avtomobil dayanacağı ən müasir avadanlıq və sistemlərlə təchiz olunub. Burada dünyanın ən son texniki nailiyyətlərindən olan havalandırma, yanğın və təhlükəsizlik sistemləri müasir standartlara uyğun şəkildə tətbiq edilib.Təhlükəsizliyin təmin edilməsi məqsədilə hər mərtəbədə təhlükəsizlik kameraları və müşahidə monitorları quraşdırılıb. Dayanacaqda avtomobillər üçün iki giriş və iki çıxış var.Piyadalar üçün isə 6 keçid inşa olunub. Keçidlərdə bütün iqlim şəraitində işləyən müasir eskalatorlar quraşdırılıb.Dayanacaqda bütün sistemlər avtomatik olaraq fəaliyyət göstərir. Dayanacağın giriş və çıxışlarında su tutumları, müasir tələblərə cavab verən drenaj sistemləri, yağıntının normadan artıq olması nəzərə alınaraq əlavə su nasosları quraşdırılıb. Burada işçilər üçün xüsusi otaqlar yaradılıb.

 

Mənbə: Milli.Az

17 oktyabr 2013
GO BACK