Oktyabrın 19-u axşamdan başlayaraq, ölkə ərazisində hava şəraiti yenidən dəyişəcək, hava yağıntılı olacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 19-u günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq, ölkə ərazisində hava yağıntılı olacaq. Temperaturda enmə müşahidə ediləcək.Oktyabrın 19-da gündüz Bakıda və Abşeron yarımadasında hava isti olsa da, günün ikinci yarısında çənub-qərb küləyi şimal qərb küləyinə keçəcək, küləyin sürəti axşam arabir güclənəcək. Oktyabrın 19-da gündüz Bakıda havanın temperaturu 24-29 dərəcə isti olacaqsa, axşama doğru temperatur artıq 19-21 dərəcəyə enəcək.
Mənbə: Milli.Az