Filippində baş verən zəlzələ nəticəsində ölənlərin sayı durmadan artır. Anspress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, 7,2 ballıq təbii fəlakət nəticəsində ölü sayı 156-ya çatıb. 22 nəfər itkin düşmüş hesab edilir. Yaralıların sayı isə 374-dür. Mülki müdafiə idarəsinin məlumatına görə, bu son 23 ildə qeydə alınan ən güclü zəlzələ olub. Bu arada bu gün Filippində növbəti güclü zəlzələ qeydə alınıb. Yeraltı təkanların gücü 5,5 bal olub. Bu iki gün öncə baş verən zəlzələdən sonra qeydə alınan ən güclü afterşokdur. Bu zamana kimi olan təkanların gücü 4,8 balı keçməmişdi. Təkanların episentri Taqbilaran şəhərindən 18 km şimal-qərbdə olub.
Mənbə: Milli.Az