Qadin.NET / Azərbaycan Superliqası: "Bacılar" üz-üzə

Azərbaycan Superliqası: "Bacılar" üz-üzə

 

 

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının yeni mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq. 2013/2014 mövsümünün açılış matçında son illərin dəyişməz çempionu “Rabitə” farm-klubu hesab olunan “Telekom”la üz-üzə gələcək. Angiolino Frigoninin başçılıq etdiyi komanda görüşün aşkar favoritidir. Ardınca “Azəryol” öz “bacısı” – “Azərreyl”i sınağa çəkəcək. Birincilərin asanlıqla ilk qələbəsini qazanacağını əvvəlcədən də proqnozlaşdırmaq olar. Turun son görüşü isə ilk 2 matçla müqayisədə daha maraqlı olacaq. Həmin qarşılaşmada “İqtisadçı” “Lokomotiv”lə gücünü yoxlayacaq. Düzdür, universitet komandası rəqibi ilə müqayisədə güclüdür, lakin “dəmiryolçuların” da ciddi müqavimət göstərəcəyini gözləmək olar. 

Mənbə: Milli.Az

17 oktyabr 2013
GO BACK