Qadın alt paltarı istehsalı sahəsində dünyanın ən məşhur brendlərindən olan "Victoria`s Secret"in yeni əsəri həmişəki kimi, unikaldır. Brend 10 milyon dəyərində büstqalter hazırlayıb. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 18 karatlıq qızıldan hazırlanmış büstqalter 52 karatlıq yaqutla bəzədilib.Bu unikal geyimi brendin "mələk"lərindən sayılan supermodel Kendis Sueynpul nümayiş etdirib.10 milyon dollarlıq büstqalter "Victoria`s Secret"in Nyu-Yorkda keçiriləcək şousunda nümayiş olunacaq.Hələliksə onu 2 mühafizəçi qoruyur."Royal Fantasy Bra" adlanan bu büstqalter məşhur zərgərlik evi "Mouawad"la birlikdə hazırlanıb və onu dünyanın müxtəlif ölkələrində hazırlanmış yaqutlar, brilyantlar, almazlar və s. qiymətli qaşlar bəzəyir."Victoria`s Secret"in ən bahalı büstqalterlərini indiyədək Miranda Kerr, Tayra Benks, Jizel Bundhen, Haydi Klum, Alessandra Ambrosio, Adriana Lima və Klaudia Şiffer kimi supermodellər nümayiş etdirmişdilər.