Qadin.NET / Gözbağlayıcı evlənmə təklifi: "Məni alarsan?!"

Gözbağlayıcı evlənmə təklifi: "Məni alarsan?!"

 

İngiltərədə qəribə və eyni zamanda maraqlı evlənmə təklifi olub.34 yaşlı Cillian Dous məşhur illüzionist Tom Londona müraciət edərək sevgilisi Berniyə evlənmə təklifini açıqlamasında yardım etməsini istəmişdi."Berni çox utancaqdır. O, məni sevir, evlənmə təklifi edir, amma bu təklifi səsləndirməyə cürət etmir. Sizdən xahiş edirəm ki, Berni ilə bir araya gəldiyimiz zaman aldığım nişan üzüyünü ona verərək mənə evlənmə təklifi etməsinə təkan verəsiniz", - Cillian Dous demişdi.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, illüzionist Tom London da xanımın sözünü yerə salmayıb.Londonun İstborn səmtindəki "Prezzo" restoranında Cillian və Berni şam yeməyində olarkən onlara Tom London yaxınlaşıb.Müxtəlif fokuslar göstərəndən sonra 21 yaşlı Tom London ovcundan üzük qutusu "çıxararaq" Berni və Cilliana verib.Berninin ad gününün qeyd olunduğu bu şam yeməyində Cillian üzük qutusunu açanda Berni çaş-baş qalıb. Lakin az sonra o, deyib: "Cillian, səni sevirəm. Səninlə evlənmək istəyirəm".

 

Cillian da gülərək deyib: "Məni alarsan?!"
Mənbə: Milli.Az
17 oktyabr 2013
GO BACK