Qadin.NET / Həyatın daha bir sirri açıldı

Həyatın daha bir sirri açıldı

 

 

Alimlər sübut ediblər ki, hətta 300 milyon il əvvəl də həşəratlar mövcud olub. Fransa, Almaniya, Çexiya, ABŞ və Rusiyadan olan bir qrup alim 300 milyon il əvvəl həşəratların olduğunu sübuta yetiriblər. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Nature" jurnalı məlumat yayıb. Alimlər daşların muzey kolleksiyalarını araşdırdıqdan sonra bu faktı sübut edə biliblər. Fransa və Almaniya ərazisindən götürülmüş daşlara mikroskop altında baxdıqda kiçik həşəratları görə biliblər. Bu həşəratlar çox kiçik olublar. Qanadları tam açıldıqda isə 4 mm-dən 14 mm-ə qədər olub. Qeyd edək ki, bu mövzu indiyə qədər elmdə mübahisə mövzusu idi.

Mənbə: Milli.Az

17 oktyabr 2013
GO BACK