15 yaşadək qızlardan ibarət Azərbaycan yığması Yeniyetmələr arasında Olimpiya Oyunlarına seçmə turnirini 2-ci yerdə başa vurub. Apasport.az saytının məlumatına görə, Patrisiya Qonzalesin yetirmələri 1999-cu il təvəllüdlü qızlardan ibarət 4 yığmanın qatıldığı yarışın həlledici matçında uduzub. İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahının ərazisində yerləşən stadionda təşkil olunan turnirin finalında millimiz Slovakiyaya 0:1 hesabı ilə yenilib. Yarımfinalda İsraili 2:0 hesabı ilə udan komandamız şərqi avropalılarla bacarmayıb.Qeyd edək ki, Slovakiya millisi 2014-cü il avqustun 16-dan 28-dək keçiriləcək Olimpiya Oyunlarına vəsiqəni qazanıb.
Mənbə: Milli.Az