Qadin.NET / Bakıda müasir məktəb tikilir

Bakıda müasir məktəb tikilir

 

 

Bakının Binəqədi rayonunda yerləşən 182 saylı məktəb üçün yeni məktəb binası tikilir. İnşa olunan yeni bina bütün müasir təhsil standartlarına cavab verəcək. Bu barədə Milli.Az-a 182 saylı orta məktəbin direktoru Ziynət Tağıyeva məlumat verib. Onun sözlərinə görə, inşa olunan 1300 yerlik yeni bina üç mərtəbədən ibarət olacaq. Ziynət Tağıyeva qeyd edib ki, məktəbin hazırkı binasında 2700 şagird həftənin 5 günündə 2 növbəli təhsil alır. Yeni binanın təhvilindən sonra hazırda istifadə olunan 4 mərtəbəli bina söküləcək və onun yerində məktəbin həyəti olacaq. Növbəti tədris ilinin əvvəlinə qədər yeni binada tikinti işlərinin başa çatdırılması nəzərdə tutulub. 

Mənbə: Milli.Az

17 oktyabr 2013
GO BACK