Azərbaycanın dünyaca məşhur qadın yazıçısı Ələviyyə Babayevanın Milli.Az-a müsahibəsi.
- Ələviyyə xanım, özünüzü necə hiss edirsiz?
- Çox pis...
İnsanın fikri olmasa, mən heç yaşamaq istəmərəm. Yaşadan məni dünyanın ağlı kəsən insanlarıdır.
Şairəm, çünki vəzifəm budur əşar yazım,
Şairəm, çünki vəzifəm budur əşar yazım,
Düzü düz, əyrini əyri edim, izhar yazım.
Niyə bəs böylə bərəldirsən o qarə gözünü?
Yoxsa bu ayinədən əyri görürsən özünü?!
Niyə bəs böylə bərəldirsən o qarə gözünü?
Yoxsa bu ayinədən əyri görürsən özünü?!
Əyri görənlər də olduqca çoxdur...
- Ailənizdə ədəbiyyatla maraqlanan kimsə olub?
- Ailənizdə ədəbiyyatla maraqlanan kimsə olub?
- Dayım. Müşfiq onun ən yaxın dostu idi. Bizə gedib gələrdi. Mən də çay gətirmək xatirinə onlardan ayrılmazdım. Müşfiq deyirdi ki, “bu qız Azərbaycan qadınlarının başında duracaq. O, böyük insan olacaq!”
- Başınızın üzərində Tolstoyun portretini görürəm...
- O, Tolstoyun vaxtında çəkilib. Mən onu muzeydən əldə etmişəm. Tolstoyu geniş bilənlərdən idim. Əsərlərini də tərcümə etmişəm. O, böyuk adam idi. Bir dəfə Tolstoy öz “Dirilmə” əsərini çap etdirmək üçün Viktor Hüqoya göndərmişdi. Hüqo da ona demişdi ki, sən niyə özünü belə yüksək hesab edirsən?! Yüksəksən, böyük yazıçısan, ancaq ətrafındakıları görmək bacarığı səndə azdı. Tolstoy bununla razılaşdı...
- Təxmini neçə kitabınız çıxıb?
- Saysız-hesabsız, balacadan böyüyə kimi.
- Sizin tərcümələriniz də çoxdur...
- Olduqca çoxdur. Elə bir il olmayıb ki, mənim tərcümə etdiyim kitabım və öz kitabım çıxmasın. İyirmi səhifəlikdən 3 cildliyə kimi. Ancaq indi yox. Sizə bir şey deyim, dünya ədəbiyyatında oxuyan da çoxdur, adımı çəkən də.
- Çox maraqlıdır həm siz tərcümə edibsiz, həm də sizin əsərləriniz müxtəlif dillərə tərcümə edilib. Hətta bu yaxınlarda çin dilinə də bir neçə əsəriniz tərcümə olunub.
- Elədir, edirlər. Bakıda xüsusən ən çox tərcümə olunan qadın yazıçıyam.
- Son yazınız və ya çap olunan kitabınız hansı olub?
- Mənə bu yaxında Almanıyada bir nəşriyyatın rəhbəri yazdı ki, Ələviyyə xanım, İran öz əsərlərini göndərib, sizin də əsərlər onun içərisindədir. Sizi İran yazıçısı kimi təqdim ediblər. Mən də dedim ki, “Sən ki, düzünü bilirsən! Madam bilirsən, təsir etməlisən!” Onun nənəsi Anna xanım mənim müəlliməm olub Bakıda. O, həmişə deyirdi ki, Ələviyyə, sən Azərbaycan ədəbiyyatını təmsil edəcəksən. O nəşriyyatın rəhbəri də nənəsinə görə məni də yaxşı tanıyırdı və Azərbaycan yazıçısı kimi mənim bütün seçilmiş əsərlərimdən ibarət külliyyatımı çap etdi.
- Oxuculardan məktub çox almısız.
- Olduqca.
- Ən yadda qalan məktub hansı olub?
- Onu fikirləşməmişəm.
- Onu fikirləşməmişəm.
- Qardaşınız Rasim Babayev də rəssam idi...
- Mən qardaşımı çox sevirdim. O da məni. Rasim böyük rəssam idi, ağıllı insan idi. O, dünyanın dostu idi.
- Ələviyyə xanım, sizi çox yormayaq, bizə bir sözünüz?
- Ələviyyə xanım, sizi çox yormayaq, bizə bir sözünüz?
- Bir söz də demək istəyirəm amma xahiş edirəm ki, bunu mütləq qeyd edəsiniz. Məni çox yada salmırlar, amma sizin kimi gənclər əgər məni xatırlayırsa, deməli, bu ömrü boşuna yaşamamışam, yazılarım hələ də oxunur. Təsəvvür edin ki, əsərlərim hətta çin dilinə də tərcümə edilir. Amma son zamanlar Bakıda nəşr olunmur. Çox istərdim çap edilsin. Çünki mən o yazılarımı sizlər üçün, millətim üçün yazmışam. Siz gənclər də oxuyasız.Çox sağ olun ki, gəlib məni yad edirsiz. Azərbaycanın gələcəyi var! Bunu əminliklə deyirəm. Çünki sizin kimi gəncliyimiz var! Yaşayın! Allah özü sizi qorusun, özü sizə düzgün yolu göstərsin, özü sizə yar olsun. Çox sağ olun!
Mənbə: Milli.Az