Qadin.NET / Zəvvarlar Həcc ziyarətinin yekun ayinlərinə başlayıblar

Zəvvarlar Həcc ziyarətinin yekun ayinlərinə başlayıblar

 

 

Müqəddəs Məkkə şəhərində olan 2 milyona yaxın zəvvar Həcc ziyarətini yekunlaşdırır. Zəvvarlar Kəbənin ətrafında təvaf edib, şeytanın rəmzi olaraq daşlaması ayinini həyata keçiriblər. Qurbanlarını kəsiblər. Bu il Həcc zamanı ötən ilkilərdən fərqli olaraq, itkilər qeydə alınmayıb. Səudiyyə Ərəbistanı rəsmiləri bu il izdiham yaşanmasının qarşısını almaq üçün çox yaşlı və xəstə insanlara, eləcə də hamilə qadınlara viza verməyib. Anspress-in məlumatına görə, bu addım ötən il 50-dən çox insanın ölümünə səbəb olan “Sars” virusunun yayılmasının qarşısını almaq üçün atılıb. Səudiyyə Ərəbistanının səhiyyə naziri Abdullah Ər-Rabiyahin bildirdiyinə görə, bu il zəvvarlar arasında koronavirusa yoluxma halları aşkar edilməyib. Həccin əsas əməllərindən biri də şeytana daş atmaqdır. Bu gecə Müzəlifə çölündə cəmləşən zəvvarlar seytan ücün 49 daş toplamalı oldular. Daş toplanıldıqdan sonra zəvvar qrupu Mədinə çölünə üz tutdu. Səhər açılan kimi seytana daş atmaq üçün yola çıxıldı. Zəvvarlar Minadan Cəməreyi Əqəbəyədək olan 5 kilometr məsafəni piyada qət elədilər. 42 dərəcə isti olmasına baxmayaraq, zəvvarlar Həccin sonuncu əməlini yerinə yetirmək üçün tələsirdilər. Nəhayət, zəvvarlarımız dini ayinin əməli olaraq böyük şeytanı daşlamağa başladılar.Bu mərasimin ardınca zəvvarlarımız Qurbangaha girdilər. Hər bir müsəlman öz qurbanını kəsdirdi. Səudiyyə Ərəbistanı hökuməti bir qoyun üçün 490 riyal, yəni 105 Azərbaycan manatı müəyyənləşdirmişdi.Qurbanlar kəsiləndən sonra kişilər saçlarını kəsdirməklə təqsir eləmiş oldular. Qadınlar isə yalnız saç və dırnağın ucundan bir hissə kəsdirməklə ehramdan çıxdılar. Zəvvarlarımızı qarşıdakı 2 gündə ardıcıl olaraq şeytanı daşlamaq, bundan sonra isə Kəbə ətrafında Həcci tamamlayacaq Nisa təvafını başa catdırmaq gözləyir.

Mənbə: Milli.Az

16 oktyabr 2013
GO BACK