Qadin.NET / Yol polisi Hillari Klintonu cərimələdi

Yol polisi Hillari Klintonu cərimələdi

 

 

Hillari Klinton Londonda cərimə olunub. Anspress-in “Daily Telegraph”a istinadən verdiyi xəbərə görə, Londonun polis müfəttişi sabiq dövlət katibi Hillari Klintonu maşını düzgün saxlamadığına görə cərimə edib. Londonda Kral İnstitutunda xüsusi mərasimdə iştirak etmək üçün gələn H.Klinton beynəlxalq diplomatiya xidmətinə görə xüsusi mükafata layiq görülüb. Mükafatı almağa gedən keçmiş dövlət katibini sürücüsü maşında əyləşərək onu gözləyib. Elə bu zaman polis ona yaxınlaşaraq 80 dollar dəyərində cərimələndiyini bildirib.Qanuna görə, hazırda heç yerdə işləmədiyi nəzərə alınaraq H.Klinton cəriməni iki həftə ərzində ödəyərsə, bu məbləğdən iki dəfə azalar.

Mənbə: Milli.Az

16 oktyabr 2013
GO BACK