Qadin.NET / "Bu, sadəcə, biabırçılıqdı"

"Bu, sadəcə, biabırçılıqdı"

 

Rusiya yığmasının kapitanı Roman Şirokov dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Rusiya (1:1) oyunu haqda fikirlərini bölüşüb və Fabio Kapellonun öz komandasının oyunundan narazı qaldığını dilə gətirib. Azerisport.az Şirokovun müsahibəsini diqqətinizə çatdırır.

- Siz təbrik etmək olar?

- Nə münasibətlə? Yenə də son dəqiqədə qol buraxdığımız üçün?
- Bu nə idi - konsentrasiyanı itirmişdiniz?
- Yəqin ki. Ən pisi isə oxşar məqamlara bizim diqqətimizi yönəltməyə çalışırdılar. Ancaq nədənsə hamı cərimə meydançasında “oturdu” və burada zərbə vuran oyunçu ilə bacarmadıq. Sadəcə, biabırçılıq.
- Bu kollektiv səhvdir, ya kiminsə fərdi səhvi?
- Bu halda ümumi səhvdir. Bu səbəbdən hamı belə narazıdır.
- Ancaq qazanılmış vəsiqənin sevinci yerli miqyasda uğursuzluğu üstələməlidir. 12 il Rusiyanın qatıla bilməiyi dünya çempionatına gedirsiniz.
- Ancaq bu da belə oyunda qələbəni əldən verməyə əsas deyil.
- Paltardəyişmə otağında Kapello bu barədə sizə nə dedi?
- Qəzetlərdə bunu yazmasalar, yaxşıdı.
- Onunla razısınız?
- Tamamilə. Onlar azlıqda oynayırdı və biz belə bir qol buraxırıq. Cəfəngiyatdı!
- Meydanda hamının üstünə qışqırıb top gillətməyə son vermək, qələbə barədə suala inamla cavab vermək olardı?
- Yox. Hesabda minimal üstünlüklə oyunu son dəqiqələrdə qızışdırmaq yaxşı məşğuliyyət deyil. Özü də bizim qol vəziyyətlərimiz olmuşdu. Son dörd oyunda buraxdığımız üçüncü belə qol isə sadəcə, yolverilməzdi. Gələcəkdə buna əncam çəkmək lazımdı.
Mənbə: Milli.Az
16 oktyabr 2013
GO BACK