Qadin.NET / Dübəndidə yeni şəhər salınacaq

Dübəndidə yeni şəhər salınacaq

Dübəndidə yeni şəhər salınacaq. Dənizkənarı istirahət zonalarında xidməti sahələr fəaliyyət göstərəcək və orada əhalinin işləməsi üçün yeni iş yerləri açılacaq”. Bunu Anspress-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdürü Cahangir Qocayev bildirib. Yaxın gələcəkdə Bakı şəhərinin nəqliyyatındakı əhali sıxlığının azaldılması məqsədilə, Bakı ətrafı kənd və qəsəbələrdə iş yerlərinin yaradılması və mərkəzdəki mövcud iş yerlərinin Bakı ətrafına köçürülməsi ilə bağlı müəyyən işlər həyata keçirilir. C.Qocayevin sözlərinə görə, yaxın vaxtlarda Bakı ətrafında, əsasən, neft ayırma sahələri inkişaf etdiriləcək: “Ölkəmizdə, əsasən, neft sahəsinin inkişafına böyük yer ayrılır. Yaxın dövrlərdə Bakı ətrafında, əsasən, neft ayırma sahələri inkişaf etdiriləcək. Neft ayırma müəssəsi, əsasən, Qaradağ rayonu ərazisinə köçürüləcək. Gəmirqayırma Ələt qəsəbəsinə köçürüləcək. Bu da adıçəkilən yerlərdə əhali üçün yeni iş yerlərinin yaranması deməkdir”.Daha çox xidmət müəəssələrinin açılacağını deyən mətbuat katibi Bakının dənizkənarı zonalarında itirahət mərkəzlərinin, sanatoriyaların açılması nəzərdə tutulduğunu bildirdi: “Dənizkənarı istirahət zonalarında xidməti sahələr fəaliyyət göstərəcək və orada əhalinin işləməsi üçün yeni iş yerləri açılacaq”. Cahangir Qocayev yaxın gələcəkdə Dübəndidə yeni şəhər salınacağını bildirdi. Onun sözlərinə görə, bütün bu layihələr 2015-ci ildən sonra reallaşacaq: “Bilirsiniz ki, ölkəmiz 2015 ci ildə Olimpiyadanın keçirilməsinə hazırlaşır. Hazırda bütün səylər Olimpiya oyunlarını keçirilməsi ilə bağlı hazırlıq işlərinə yönəlib. Ona görə də, bütün bu layihələr 2015-ci ildən sonra reallaşacaq”.Sumqayıtda, Qaradağda, Balaxanıda, Zabratda texnoparkların olduğunu deyən Çahangir Qocayev Balaxanı qəsəbəsində də “Təmiz Texnopark” yaradılacağını və Balaxanıda da əhali üçün yeni iş yerlərinin açılacağını dedi. Mətbuat katibi, bu layihələrin 2030-cu ilə qədər həyata keçiriləcəyini, lakin imkan olduqca bu layihələrin nəzərdə tutulandan da daha tez müddətə də reallaşmasının mümkünlüyünü bildird.

 

Mənbə: Milli.Az

16 oktyabr 2013
GO BACK