Qadin.NET / Yevlaxda bayram namazı qılınıb

Yevlaxda bayram namazı qılınıb

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Yevlax şəhər Cümə məscidində Qurban bayramı münasibəti ilə bayram namazı qılınıb. Məscidə gələnlər bayram namazında Uca Yaradana dualar ediblər. Onlar kəsdikləri qurbanların, verdikləri ehsanların Ulu Yaradanın dərgahında qəbul olunmasını diləyiblər.Yevlax Cümə məscidinin baş axundu hacı Namiq söyləyib ki, Qurban bayramında bayram namazının qılınması vacib, onun savabı isə çox böyükdür.

 

Mənbə: Milli.Az

16 oktyabr 2013
GO BACK