Qadin.NET / Millimiz Rusiya ilə oyunda azlıqda möcüzə etdi

Millimiz Rusiya ilə oyunda azlıqda möcüzə etdi

Milli.Az xəbər verir ki, Azərbaycan - Rusiya oyunu bitdi. Azərbaycan - Rusiya -1:1Bu gün DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında mübarizəyə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, F qrupunda yer alan milli komandamız doğma azarkeşləri qarşısında Rusiya ilə üz-üzə gəldi. Ötən matç Şimali İrlandiya qarşısında qrupdakı ilk qələbəsini qazanan Berti Foqtsun komandası bu dəfə çətin rəqibə qarşı mübarizə apardı. Rusiya yığması görüşün favoriti hesab olunsa da, yığmamız qonaqları Bakıda məyus etdi. Futbolçularımız ancaq qələbə fikri ilə ölkəmizə gələn Fabio Kapellonun komandası ilə matçda meydanı xalsız tərk etmək istəmirdi.Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk görüş Rusiya yığması minimal hesablı qələbəsi ilə başa çatıb.

DÇ-2014-ün seçmə mərhələsi; Avropa zonası; 15 oktyabr; F qrupu; Azərbaycan - Rusiya - 1:1; QOL: Cavadov, 90 - Şirokov, 16. Qırmızı vərəqə: Maksim Medvedev, 73. Hakimlər: Milorad Maziç, Milovan Ristiç, Dalibor Corceviç, Boşko Yovanetiç (Serbiya). Azərbaycan: 1.Kamran Ağayev, 3.Vladimir Levin, 4.Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 10. Rüfət Dadaşov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (K), 15. Ruslan Abışov, 21. Araz Abdullayev, 18. Maksim Medvedev, 22. Əfran İsmayılov. Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 2. Bədavi Hüseynov, 6. Rəşad Sadıqov, 7. Vaqif Cavadov, 8. Qara Qarayev, 9. Cihan Özkara, 13. Əli Gökdəmir, 16. Cavid Hüseynov, 17. Vüqar Nadirov, 19. Rahid Əmirquliyev, 20. Ufuk Budak. 
Rusiya: 1. İqor Akinfeyev, 22. Aleksey Kazlov, 23. Dmitri Kombarov, Vasili Berezutski, 4. Sergey İqnaşeviç, 20. Viktor Fayzulin, 15. Roman Şirokov (K), 11. Aleksandr Səmədov, 9. Aleksandr Kokorin. Ehtiyat oyunçular: 12. Yuri Lodiqin, 5. Aleksandr Ryzantsev, 3. Georgi Şennikov, 6. Aleksey Berezutski, 7. İqor Denisov, 18. Vladimir Bstrov, 10. İqor Smolinkov, 16.Sergey Rıjikov
1 Rusiya             10   7  1  2   20-5   22;  2 Portuqaliya      10   6  3  1   20-9   21;  3 İsrail                 10   3  5  2  19-14 14;  4 Azərbaycan     10   1  6  3    7-11   9;  5 Şim. İrlandiya   10  1  4  5    9-17   7;  6 Lüksemburq     10  1  3  6    7-26   6

 

Mənbə: Milli.Az

16 oktyabr 2013
GO BACK