Qadin.NET / Havalar isinəcək

Havalar isinəcək

Həftə ərzində Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək. Bu gündən Azərbaycanda havanın temperaturunun yenidən tədricən 4-5 dərəcə yüksəlməyə başlayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 17, 18 və 19-da ölkə ərazisində havanın temperaturu əvvəlki günlərlə müqayisədə tədricən 4-5 dərəcə yüksələcək.Bakıda və Abseron yarımadasında oktyabrın 17-də havanın dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub küləyinin sürəti 7-12 m/s olacaq. Havanın temperaturunun gecə 10-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.Azərbavcanın rayonlarında oktyabrın 17-də havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/s olacaq. Havanın temperaturunun gecə 10-15, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 2-7 isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.Qeyd edək ki, oktyabrın 17,18,19-da Bakıda havanın temperaturunun 27, rayonlarda 28 dərəcəyə kimi yüksələcəyi gözlənilir. Oktyabrın III ongünlüyündə bəzi günlərdə temperaturun aşağı düşəcəyi proqnozlaşdırılır.
Mənbə: Milli.Az
16 oktyabr 2013
GO BACK