Qadin.NET / İvanişvili: "Mən erməniləri çox sevirəm və bunu heç vaxt gizlətməmişəm"

İvanişvili: "Mən erməniləri çox sevirəm və bunu heç vaxt gizlətməmişəm"

 

APA-nın “Georgiya Online” saytına istinadən, bunu oktyabrın 15-də Gürcüstanın baş naziri Bidzina İvanişvili ermənilərin kompakt yaşadığı Axalkalakidə hakim “Gürcü arzusu” partiyasından ölkə prezidentliyinə namizəd Giorgi Marqvelaşvilini təqdim edərkən deyib. “Mən bu gün sizinlə olmağıma çox şadam və bizim tərəfdarlarımıza dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən görürəm ki, siz yeni prezidentin gəlişini gözləyirsiniz və yeni prezident mütləq Giorgi Marqvelaşvili olacaq. Biz, həqiqətən, qardaşıq, siz – bizim kimi Gürcüstan vətəndaşlarısınız, bura – sizin vətəninizdir. Gürcüstanın problemləri var. Bizim ərazilərimiz itirilib, problemlər Ermənistanda da var və mən ümid edirəm ki, biz birlikdə bu çətinlikləri adlayaraq bərpaya aparan yola layiqincə çıxacağıq”, - deyə İvanişvili bildirib.

 

Mənbə: Milli.Az

16 oktyabr 2013
GO BACK