Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Yevlaxda Müqəddəs Qurban bayramı münasibəti ilə tədbir keçirildi. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov əhalini bayram münasibəti ilə təbrik etdi. Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Müstəqim Məmmədov dedi ki, müqəddəs bayramla əlaqədar 3 min aztəminatlı ailəyə qurbanlıq ət paylanılıb.Yevlax Şəhər Cümə Məscidinin axundu hacı Namiq isə dedi ki, kəsilən qurbanlıqlar şəriət qaydalarına əsasən, sağlam və qüsursuz olub. Sakinlər onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirdilər.
Mənbə: Milli.Az