Milli.Az Türkel TV-yə istinadən xəbər verir ki, müqəddəs Qurban bayramı münasibəti ilə Qazaxda yerləşən Cümə məscidində qurbanlıq üçün iri buynuzlu mal-qaralar kəsilib. Qurban payları şəhid və imkansız ailələlərə, Qarabağ əlillərinə, sərhəd kəndlərinin sakinlərinə verilib. Ümumilikdə 1200-dən çox rayon sakininə qurban payı göndərilib. Qurban kəsimi bayram günlərində rayonun bütün kənd və qəsəbələrində davam edəcək.
Mənbə: Milli.Az