Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında yağışın tədricən kəsiləcəyi proqnozlaşdırılır.
Temperatur gecə 10-14°, gündüz 15-20° isti olacaq.
Bakıda gecə 12-14°, gündüz 17-19° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 3-8°, gündüz 19-24° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə 0-5°, gündüz 10-15° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacaq, gündüz əsasən yağmursuz keçəcək.
Temperatur gecə 6-10°, gündüz 20-25° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Temperatur gecə 9-14°, gündüz 20-25° təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.
Gecə 12-15°, gündüz 17-22° isti, dağlarda gecə 5-10°, gündüz 8-12° isti olacaq.
Mənbə: Milli.Az