Qadin.NET / Günün ulduz falı - 16.10.2013

Günün ulduz falı - 16.10.2013

Qoç - günün ilk yarısı çətin və qarışıq olacaq. Yaşam sizi sınağa çəkə bilər. Yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Lakin işin ən pis cəhəti odur ki, onlar öz aralarında mübahisə edirlər. Qəzəblənmək və ya iradlarla çıxış etmək əvəzinə özünüzü normal hiss etməyə nəyin mane olduğunu müəyyənləşdirin.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artır. İşlər daha uğurlu olacaq. Peşəkar fəaliyyət və şəxsi münasibətlər sahəsində məhsuldar səylər göstərərək konkret nəticələr əldə etmək üçün əlverişli zamandır.
Əsas odur ki, mühüm işləri təxirə salmayın, ani hisslərin əsarətinə düşməyin.
 
Buğa - mürəkkəb və qarışıq gündür. Həmkarlarla ümumi dil tapmaq asan deyil. Əvvəlki günlərlə müqayisədə işdə problemlər daha sürətlə yaranır. Üstəlik, intriqa qurbanına çevrilmək risqi var. Başqalarının münaqişə və diskussiyalarına qatılmayın. Sizə birbaşa dəxli olmayan məsələlərə müdaxilə etməyin. Mövqeyinizi israrla kiməsə təlqindən çəkinin.
Anlaşma, razılaşma üçün əlverişli gün deyil. Riskli işlərə pul yatırmayın, yaxşı tanımadığınız insana borc verməyin.
Yaxınlarınız sizi yalnız sözdə dəstəkləyir. Real yardıma bel bağlamayın. Qəfil və xoşagəlməz görüş baş tuta bilər. Tez unutmaq istədiyiniz təmas da istisna deyil.
 
Əkizlər - asan olmayacaq. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq müşkülə çevrilir və bu, sizi pərişan edir. Emosiyalarınıza hakim olun. Çətindir, amma bunu edin.
Günün ikinci yarısında hisslərə qapılaraq düşünülməmiş addımlar atmayın. Ən kiçik məqam sizi sinirləndirməsin. Anlaşılmazlıq və ya qabalıq uzun müddət davam edəcək münaqişəyə səbəb ola bilər.
Rəqiblər üzərində asan qələbəyə ümid etməyin. Onları tərk-silah etmək üçün xeyli çalışmalı olacaqsınız. Yalnız bütün şərtləri və məqamları əvvəlcədən, təfərrüatlı şəkildə razılaşdırdığınız müqaviləni imzalayın. Kəsici və iti əşyalarla ehtiyatlı olun.
Kiçik travmalar riski var.
 
Xərçəng - hadisələr və təəssüratlarla zəngin gündür. Çox işlər olacaq və onların əksəriyyəti mühümdür. Az qala hər dəqiqənin öz hökmü var. Boş söhbətlərə qatılmayın. Real nəticə əldə etməyə imkan verən işlə məşğul olun. Yaxın ətrafınızdakı insanların təklif etdikləri yardımdan boyun qaçırmayın. Bu yardımla işləri xeyli yüngülləşdirə bilərsiniz.
Nüfuzlu şəxs və yaşlı qohumlarla ünsiyyət üçün əlverişli zamandır. Hədiyyə, gəlir ola bilər. Şəxsi problemlərinizdən biri həllini tapacaq. Yeni tanışlara etibar etməyə tələsməyin.
Bu gün sizdən yalnız öz maraqları üçün istifadə etməyə çalışan insanlarla çox tez-tez qarşılaşacaqsınız.
 
Şir - günlərin ən yaxşısı deyil. İşlə bağlı məsələlərin, hətta ən aktual məsələnin həlli zamanı fikriniz dağınıq olmasın. Şəxsi probleminizi ön plana çəkməyin. Təcrübəli şəxsin məsləhətlərinə qulaq asın.
Günün ikinci yarısında işgüzar görüş və danışıqlara can atmayın. Maraqlarınızı müdafiə etmək, mövqeyinizi anlatmaq asan deyil. Yeni iş aramayın, çünki fərqli kollektivə alışmaq asan olmayacaq.
Şəxsi münasibətlər müstəvisində problemlər yaranmayacaq. Əksinə, irəliləyiş istisna deyil.
Həyatda etibarlı tərəfdaşınız ola biləcək insanla qarşılaşa bilərsiniz. Eşq etirafı və ya nikah üçün əlverişli gündür.
 
Qız - çətin gün sizə sınaqlar vəd edir. İşdə yaranan çətinliklər aktual və ciddi olduğundan bütün diqqəti onların həllinə yönəldin. Kimsə sürəkli olaraq sizə mane olur, fikrinizi dağıdır, işlərinizə qarışır. Əvvəlki vaxtlardan fərqli olaraq, ünvanınıza tənqid daha tez-tez səslənir. Tənqidə aqressiv reaksiya verməyin.
Günün ikinci yarısında sakitləşin, fikrinizi cəmləyin və dürüst qərar qəbul edin.
Alış-verişdə bədxərclik etməyin. Dəvət aldığınız tədbirdə maksimum dərəcədə səlis və soyuqqanlı olun.
 
Tərəzi - nüfuzlu şəxsin diqqətini cəlb etmək, habelə çoxdan maraqlandığınız insanın rəğbətini qazanmaq üçün əlverişli zamandır. Səmimi, həssas olun. Ünsiyyətdə dediyiniz sözlərə diqqət edin. Yeni tanışlıqlar və dostluqlar istisna deyil.
Günün ikinci yarısıda yarımçıq işləri tamamlayın.
Axşam saatlarında istirahət edin.
 
Əqrəb - yaxın ətrafınızdakı insanlar sizdən məsləhət, mənəvi dəstək istəyirlər. Başqalarının problemlərini asanlıqla həll etsəniz də, öz müşküllərinizin çözümündə sədlər və maneələrlə qarşılaşırsınız.
Sizi narahat edən məsələ ilə bağlı dostlarla danışın, hisslərinizi, təlaşınızı etiraf edin. Açıq söhbət yaranmış situasiyanı anlamağa kömək edəcək. Bir çox aktual məsələlərə cavab alacaqsınız.
Peşəkar fəlaiyyətlə bağlı məsələlərin təhlili, onların çözüm yollarının aranması üçün yaxşı gündür.
Tələsməyin, əlavə və təfərrüatlı məlumatın gəlişini gözləyin. Həmkarlarla münasibətlərdə rəvan olun.
 
Oxatan - maliyyə problemləri yaranacaq və onları sürətlə həll etmək asan olmayacaq. Üzdə olan və ilk baxışdan asan təsir bağışlayan həll variantları yanlışdır. Bunu gec də olsa, anlayın.
Yalnız sağlam məntiqə güvənməklə kifayətlənməyin, təcrübəli insanların məsləhətlərinə qulaq asın. Belə olarsa, ciddi səhvlərə yol verməyəcəksiniz.
Evdə münaqişələrə zəmin yaratmayın. Səmimi, həssas olun, təmkinli davranın. Yaxınlarınızdan biri sizinlə manipulyasiya etməyə çalışacaq.
 
Oğlaq - mənfi təmayüllərin təsiri hələ də güclüdür. Soyuqqanlı olun. Problemləri təmkinlə həll etmək olar. Ətrafınızdakı dostlara ağıllı məsləhətlər də verə bilərsiniz. Nəzərə alın ki, başqalarının bütün məsləhətlərini dinləməyə ciddi ehtiyac yoxdur. Öz intuisiyanıza, təhtəlşürunuza güvənin.
İşdəki texnika və ya evdəki məişət alətlərindən biri sıradan çıxa bilər. Yolda ehtiyatlı olun, nəqliyyat vasitəsi ilə diqqətli davranın. Uzun səfərlərdən imtina edin. Günün ikinci yarısında tələskənliyə yol verməyin.
Mühüm qərarlar qəbul etməyin. Şəxsi həyatınızda köklü dəyişiklərə can atmayın.
 
Dolça - planlaşdırdığınız işlər alınmır, problemlr bir-birini əvəzləyir. Amma heç bir halda ruhdan düşməyin. Müttəfiqlərin köməyinə bel bağlamayın. Onlar xahiş və ya göstərişlərini yetərincə yerinə yetirə bilməyəcəklər. Ona görə də çətinliyə rəğmən, müstəqil, təkbaşına fəaliyyət göstərin. Yeni işlərə, xüsusilə də diqqət və detallarla təfərrüatlı davranışı tələb edən layihəyə başlamamağınız məsləhətdir.
Planlaşdırılmamış alış-veriş etməyin, qənaətcil olun.
Vəd vermək, öhdəliklər çərçivəsinə düşmək məsləhət deyil. Təzyiqlərə sinə gərin.
 
Balıqlar - yaxın ətrafınızdakı insanlarla asan dil tapın və bu minvalla işlərinizdə uğur qazanaraq irəliləyin. İşgüzar danışıqlarda səbrli, amma qətiyyətli olun. Əməkdaşlığın sərfəli şərtlərinə nail olun, bacarıq və liderlik məziyyətlərinizi nümayiş etdirin. Bu minvalla tərəfdaşlarınızın rəğbətini qazana bilərsiniz.
Günün ikinci yarısında emosiyaların təsiri altında düşünülməmiş addım atmayın.
Danışıqları başa vurandan sonra istirahət edin, vaxtınızı xoş keçirin.
Gəlir istisna deyil.
Mənbə: Milli.Az
16 oktyabr 2013
GO BACK