Milli.Az Rusiya mətbuatına istinadən Cənubi Amerikada, Braziliya və Argentinanın sərhədində yerləşən İquasu şəlaləsinin fotolarını təqdim edir.2011-ci ildə İquasu şəlalələr kompleksi ümumdünya səsverməsi ilə dünyanın yeddi möcüzəsindən biri hesab edilmişdi. Kompleksin eni 2.7 km-dir, buraya 270-dək ayrı-ayrı şəlalə daxildir. Ən hündür şəlalə 82 metr hündürlükdən axır, əksəriyyətinin hündürlüyü isə 60 metrdən bir az artıqdır. İquasunun ən iri şəlaləsi isə "İblis boğazı" sayılır (Garganta del Diablo). U-şəkilli bu şəlalənun eni 150, uzunu 700 metrdir. O, Braziliya və Argentina arasında sərhəd sayılır.
Mənbə: Milli.Az