Qadin.NET / Amerikasayağı Lamborghini Aventador

Amerikasayağı Lamborghini Aventador

 

Amerikan atelyesi “Misha Designs” eksklüziv və tüninq olunmuş avtomobillər sərgisi “SEMA 2013”-ə yenilənmiş superkar – “Lamborghini Aventador” gətirəcək. İlk növbədə italyan idman avtomobili istehsalçı tərəfindən “Stage 1” ləqəbi verilmiş yeni bodi-kit alıb. Bu da başqa variantların olacağından xəbər verir. Bundan əlavə, möhtəşəm avtomobilin sahibləri tüninqin başqa aksessuarlarını da sifariş edə bilərlər. Məsələn, eksklüziv konstruksiyalı təkər diskləri.

Milli.Az auto.az-a istinadən bildirir ki, “Lamborghini Aventador LP700-4”-ün xarici görünüşündə yeni qabaq bamper, daha böyük yan ətəklər, arxa bamperdə böyük diffuzor və mühərrik hissəsinin üstündə palçıq qoruyucusu peyda olub. Bütün komponentlər karbon lifindən hazırlanıb və avtomobilin çəkisini bir qədər azaldır. Əlavə pul ödəyənlərə tünerlər eksteryeri tamamlamağı, o cümlədən qapılarda firma simvolunu əlavə etməyi, superkarın asmasını aşağı salmağı və daxili bəzəkdə bəzi dəyişikliklər etməyi təklif edəcəklər.
Mənbə: Milli.Az

 

15 oktyabr 2013
GO BACK