Qadin.NET / Tanış olun: Mercedes-Benz B-Class Electric Drive

Tanış olun: Mercedes-Benz B-Class Electric Drive

 

Daimler nümayəndəsi Automobilwoche müsahibəsində deyib ki, onların buraxılışa hazırlanmaqda olan Mercedes-Benz B-Class Electric Drive modeli bu yaxınlarda təqdim edilmiş BMW i3 2014 də daxil olmaqla bu seqmentin bütün avtomobillərindən daha yaxşı olacaq.Milli.Az 4charx.com-a istinadən bildirir ki, Daimler tədqiqatlar və layihələr bölməsinin başçısı Tomas Veberin sözlərinə görə, B-Class elektrik hetçbeki 200 kilometrədək gediş ehtiyatına malik olacaq. O həmçinin bildirib ki, avtomobilin akkumulyatorunun tam yüklənməsinə ən çox 3 saat vaxt gedəcək. İlk 100 km/saat sürətlənmək üçün avtomobilə 7.9 saniyə lazım olacaq və bu zaman maksimal sürət 160 km/saat olacaq.B-Class Electric Drive elektrik mühərriki 300 Nm-dan yuxarı ani fırlanma anı verir ki, "bu da yığcam avtomobilə idman ruhu bəxş edir".ABŞ bazarına model gələn il yazda çıxacaq. Onun Avropa satışları isə yalnız payızda başlayacaq.
Mənbə: Milli.Az
16 oktyabr 2013
GO BACK