Moskvanın Cümə məscidinin yaxınlığındakı meydana bu səhər 103 min müsəlman yığışıb. Milli.Az Lenta.ru-ya istinadən bildirir ki, bu qədər insan bayram namazı qılıb, dualar edib. İnterfax-ın məlumatına görə, mərasimdə bir neçə ərəb ölkəsinin səfirləri də iştirak ediblər. RİA Novosti-nin məlumatına görə, Moskvaada bayram namazı bir neçə məsciddə və şəhər hakimiyyətinin ayırdığı əlavə meydanlarda qılınıb, əhalinin təhlükəsizliyini isə 4 minə yaxın polis və daxili qoşunların əsgərləri qoruyub. Agentliyin məlumatına görə, namaza gələnlərin pasportları, həmçinin daimi və ya müvəqqəti qeydiyyatda olmaları barədə sənədləri yoxlanılıb. Bayram tədbiri insidentsiz ötüşüb.Bildirək ki, ötən il Cümə məscidinin yanında Qurban bayramını 150 min müsəlman qeyd etmişdi.
Mənbə: Milli.Az