Milli.Az-ın məlumatına görə, bu gün DÇ-2014-ün seçmə mərhələsinin son oyununda doğma meydanda Hollandiya millisi ilə qarşılaşacaq Türkiyənin baş məşqçisi, "İmperator" ləqəbli Fatih Terim oyun öncəsi fikirlərini bölüşüb.Qələbənin vacibliyini qeyd edən təcrübəli mütəxəssis belə danışıb:"Braziliyaya yollanmaq şansımız hələ də qalır. Milli xalqın komandasıdır. Odur ki, mundiala vəsiqə qazansaq, bunu birlikdə etmiş olacağıq. Qarşıda bizi Hollandiya ilə oyun gözləyir. Ümid edirik ki, bu oyundan sonra növbəti hədəfimiz pley-offda uğur qazanmaqdır. Bu, Türkiyə futbolu tarixindəki ən vacib oyunlardan biridir. Oyunçularım buna hazırdırlar. Narahatçılıq üçün heç bir əsas yoxdur".
Mənbə: Milli.Az