Milli.Az Sports-a istinadən bildirir ki, Seneqal və BƏƏ yığmalarının keçmiş baş məşqçisi Brüno Metsü bazar ertəsi uzun sürən xəstəlikdən sonra vəfat edib. 59 yaşlı mütəxəssis xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bu xəstəlik səbəbindən o, 2012-ci ildə təyin olunduğu "Əl-Vəsl" klubundakı baş məşqçi vəzifəsini tərk etməli olmuşdu. Metsünün məşqçi karyerasındakı ən yaxşı uğuru Seneqal yığması ilə olmuşdu. Bu milli komanda onun başçılığı ilə DÇ-2002-nin dörddə bir finalına və 2002-ci ildə Afrika Millətlər Kubokunun finalına çıxmışd.
Mənbə: Milli.Az